Rusiya dronların hücumuna məruz qalıb | VİDEO

Rusiya dronların hücumuna məruz qalıb    | VİDEO
  01 Avqust 2025    Oxunub:711
PUA hücumu təhlükəsi ilə əlaqədar Rusiyanın bir sıra bölgələrində hava hücumu xəbərdarlığı elan edilib.
AzVision.az Rusiya mediasına istinadən xəbər verir ki, Lipetsk vilayətində hava hücumu təhdidi ilə əlaqədar “sarı” səviyyəli həyəcan vəziyyəti elan edilib. Belə bəyanatla şıxış edən Fövqəladə Hallar nazirliyinin regional idarəsi “hava təhlükəsi” rejiminin qüvvədə qaldığını bildirib.

Voronej vilayətinin qubernatoru Aleksandr Qusev də bu bölgədə həyəcan təbili çalıb. Onun sözlərinə görə, Voronej şəhərində pilotsuz təyyarələrin zərbələri təhlükəsi qeydə alınıb.

“Diqqət! Voronej şəhəri birbaşa PUA-nın zərbəsi təhlükəsi ilə əlaqədar həyəcan vəziyyətindədir. Xəbərdarlıq sistemləri işləyir”, - qubernator öz Telegram-kanalında yazaraq sakinləri evdə qalmağa və pəncərələrdən uzaq olmağa çağırıb.

O, xəbərdarlıq sistemlərinin işlədiyi Ostroqojski rayonunda da həyəcan siqnalının işə düşdüyünü bildirib.

Oxşar xəbərlər Taqanroqdan da gəlib. Şəhərin rəhbəri Svetlana Kambulova hava hücumundan müdafiə (HHM) qüvvələrinin işə salındığını açıqlayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Rusiya   PUA-lar   hücum  



Xəbər lenti